"Qarabağdakı separatçıların ötən 3 ilə yaxın müddətdə ağıllanmamaları, oradakı qeyri-qanuni silahlı dəstənin öz fəaliyyətini davam etdirməsi Azərbaycanı növbəti cəza tədbirləri həyata keçirməyə sövq edir,".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter-az-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, Azərbaycanın cəza tədbiri Qarabağda antiterror əməliyyatının keçirilməsi ola bilər:
"Azərbaycanın başqa çıxış yolu yoxdur. Ermənistanla sülh müqaviləsi imzalansa belə, Qarabağdakı qeyri-qanuni silahlı dəstə zaman-zaman təxribat həyata keçirərək vəziyyəti gərginləşdirəcək. Ona görə də çox qısa zamanda Azərbaycan Xankəndi daxil olmaqla Qarabağ separatçılarının cəmləşdiyi bütün ərazilərdə antiterror əməliyyatı keçirib vəziyyətə nəzarəti ələ almalıdır".
Anar Əliyev