Prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğanın yeni hökumət kabinetində hansı vəzifəni tutacağı müəyyənləşib.
Newscenter.az-a Türkiyədəki mənbələrdən daxil olan xəbərə görə, Sinan Oğana Yurtdışı Türklər və Akraba Topluluqlar Başkanlığı (YTB) başqanı vəzifəsi tapşırılacaq. Əslən azərbaycanlı olan Sinan Oğanın Türkiyədən kənarda kifayət qədər nüfuzunun olduğunu qeyd edən mənbə bu baxımdan Oğanın sözügedən postu uğurla icra edəcəyini deyir:
“Prezident seçkilərinin birinci turunda da Sinan Oğanın aldığı səslərin böyük qismi Türkiyədən kənarda olan səslər idi. Ona görə də Sinan Oğan YTB başqanı kimi uğurlu bir kadr hesab edilir”.
Mənbə onu da qeyd edib ki, hazırkı YTB başqanı Abdullah Eren fəaliyyəti dövründə o qədər də uğurlu bir kadr olmadığı üçün yeni hökumət kabinetində ona yer olmayacaq:
“Hətta Abdullah Erenin Türkiyə Böyük Millət Məclisinə düşməsi də məsləhət bilinmədi. Nəzərə alsaq ki, YTB-nin bir fəaliyyət istiqaməti də gənclərdir və gənclərlə kifayət qədər işləməmıyin nəticəsidir ki, bu təbəqə seçkilərdə daha çox hakimiyyətin alternativinı doğru yön aldı. Düzdür, gənclərlə bilavasitə işləyən Gənclik və İdman Nazirliyi olsa da, lakin YTB-nin də üzərinə bu məsələdə müəyyən məsuliyyət düşürdü”.
Anar Əliyev