Türkiyədə sahibsiz küçə itlərinin artması insanlar üçün ciddi təhlükə mənbəyinə çevrilir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, sayı 10 milyon olan sahibsiz küçə itləri son iki gün ərzində 2 nəfərin həyatına son qoyub. Bundan başqa sahibsiz küçə itləri ötən ay 7 nəfəri dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib.
Sahibsiz küçə itlərinə əsasən, Qars, Zonquldağ, Burdur və Mersində daha çox rast gəlinir.
Anar TAGİYEV