Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni oyunçuların oyuna girməsi heç nəyi dəyişə bilməz-Politoloq Kişinyov görüşünü ŞƏRH EDİR -ÖZƏL

Yeni oyunçuların oyuna girməsi heç nəyi dəyişə bilməz-Politoloq Kişinyov görüşünü ŞƏRH EDİR


"Kişinyovda gözlənilən Azərbaycan və Ermənistan liderlərinin görüşü Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə baş tutacaq. Azərbaycan öz mövqeyini həlledici hesab olunan görüşdə tək müdafiə edəcək. Azərbaycan uzun illər öz mövqeyini tək müdafiə etməyə alışıb".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Kişinyov görüşündə balansın Azərbaycanın ziyanına pozulub-pozulmayacağı ilə bağlı suala aydınlıq gətirərkən səsləndirib. O bildirib ki, ATƏT-in münaqişə ilə məşğul olduğu dövrlərdə də bunu görmüşdük:

"Ermənistanın yanında mütləq havafarlarından biri və ya bir neçəsi mütləq olmalıdır. Amma bu, reallıqları dəyişə bilməz. Azərbaycan nə etdiyini və hansı nəticə almaq istədiyini yaxşı bilir. Ermənistanın yanında az qala bütün dünya durdu, amma bu günkü nəticələrə təsir edə bilmədilər. İndi də belə olacağı şübhəsizdir".

Azər Qasımov deyib ki, Azərbaycanın mövqeyi haqqlı olduğu üçün heç kim gerçəkləri dəyişə bilmir və bilməyəcək də:

"Keçiriləcək görüş də balans baxımından bəlkə Azərbaycanın əleyhinə kimi görünə bilər, amma Azərbaycan öz balansını çoxdan saxlayıb. Bütün kartlar onun əlindədir. Yeni oyunçuların oyuna girməsi heç nəyi dəyişə bilməz, sadəcə azarkeş olmaqdan başqa".

Anar Əliyev
Xəbəri paylaş