"Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dönəmdə Kiyevin NATO-ya üzvlüyü barədə danışmaq mənasızdır".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok deyib.
Onun sözlərinə görə, indiki zamanda Ukraynanın NATO-ya üzvlüyündən söhbət gedə bilməz.
"NATO-nun hər zaman açıq şəkildə ifadə etdiyi açıq qapı siyasəti tətbiq edilir. Eyni zamanda, aydındır ki, biz müharibənin ortasında yeni üzvlükdən danışa bilmərik", deyə Almaniyanın XİN rəhbəri vurğulayıb.
Nazir onu da deyib ki, 11-12 iyulda Vilnüsdə NATO Sammiti keçiriləcək.
Anar TAĞIYEV