Birləşmiş Ştatların orta ümumtəhsil müəssisələrində müəllim çatışmamazlığı problemi yaşanır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumat ABŞ Əmək Statistikaları Bürosunun hesabatında əks olunub.
Hesabatda qeyd edilir ki, son 20 ildə müəllimlərin maaşlarının artmaması, inflyasiya və digər amillər müəllimləri öz peşələrindən ayrılıb digər sahələrdə çalışmağa vadar edib. Qarşıdakı iki il ərzində müəllimlərin 35 faizinin öz peşəsini tərk edəcəyi ABŞ Əmək Statistikaları Bürosunun hesabatında qeyd edilir.
Mehman Mehdiyev