Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Britaniya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir

Böyük Britaniya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir


Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonla görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər müzakirə edilib.

Newscenter.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonla görüşüb.

İqtisadiyyat naziri Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında imzalanmış müxtəlif sənədlərin britaniyalı investorların Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəal iştirakına əlverişli şərait yaratdığını bildirib. Qeyd edilib ki, Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderdir. Böyük Britaniya şirkətləri həmçinin işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” enerji layihələrinin həyata keçirilməsinə maraq göstərir.

Bildirilib ki, biznes nümayəndələri, o cümlədən Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası ilə açıq dialoqa və qarşılıqlı geniş fikir mübadiləsinə böyük əhəmiyyət verilir. Palata hər iki ölkə arasında münasibətlərin inkişafına və biznes mühitinin yaxşılaşdırılması sahəsində səmərəli əməkdaşlığa töhfə verir.

Baronessa Emma Nikolson ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafında maraqlı olduğunu, yeni əməkdaşlıq sahələrini qeyd edib. Tərəflər energetika sahəsində reallaşdırılan layihələr, İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət Palatası arasında işçi qrupunun yaradılması, Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

R.Mehdiyeva
Xəbəri paylaş