“Ermənistan dövləti, bu ölkənin rəhbərliyi öz əməli ilə bir daha sübut edir ki, onlar üçün sülh əsas deyil. Onlar üçün əsas olan gərginliyin davam etməsi, yeni bir müharibənin başlamasıdır. Əks təqdirdə müntəzəm olaraq təxribatlara əl atmazlardır”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Moldova paytaxtında Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirildiyi bir vaxtda ermənilərin atəşkəsi pozması, Şuşa və Xocavənd istiqamətində təxribata əl atması İrəvan hökumətinin danışıqlar prosesini pozmağa yönəlmiş növbəti addımıdır:
“Artıq bütün dünya, Azərbaycanla Ermənistan arasında vasitəçilik edən bütün tərəflər bilməlidir ki, ermənilər sülh istəmir və Azərbaycanla münasibətlərin normallaşdırılmasında maraqlı deyillər. Ona görə də hesab edirəm ki, erməniləri yenidən anladıqları dillə, yəni “Dəmir yumruq”la başa salmaq lazımdır”.
Anar Əliyev