Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra başçısı vətəndaşları dinlədi

İcra başçısı vətəndaşları dinlədi


Bu gün Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev doğma kəndimiz Ərəşdə vətəndaşlarla görüş keçirdi. Səyyar qəbul-görüşündə rayon rəhbəri kənd sakinlərinin problemlərini dinlədi. Vətəndaşlar arasında mən də var idim. Apardığım müşahidələr göstərdi ki, özündə Azərbaycan xalqının iradəsini ifadə edən möhtərəm cənab prezidentin uğurlu siyasəti Yevlaxda yüksək səviyyədə icra edilir. Rayon rəhbərinin vətəndaşları təmkinlə dinləməsi və qarşı tərəfin proseslərdən tam agah olması üçün geniş məlumatlar verməsi Yevlaxda məmur-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu göstərir.

Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin, o, cümlədən prezident İlham Əliyevin yürütdükləri və parlaq gələcəyimizin qurulmasına hesablanmış kadr siyasəti öz bəhrəsini verməkdədir. Bütün dövlət strukturlarında gənclərə geniş yerlərin və imkanların yaradılması prosesi mühüm töhfə verir. Yevlaxda da biz bunun şahidi oluruq. Rayonumuzda bütün işlər sistemli şəkildə aparılır, müxtəlif əyintilərin qarşısı alınır, sabitlik qorunur. Eyni zamanda sosial-iqtisadi inkişaf sahəsində müsbət nəticələr əldə edilir. Bütün bunlar ölkə rəhbərliyinin uzaqgörən siyasəti və göstərilən etimadın doğrudulması nəticəsində mümkün olur.

Hər birimiz səyyar qəbuldan xoş təəssüratlarla ayrıldıq və görüşü yüksək qiymətləndirdik. Mən və həmçinin digər həmkəndlilərim bizə hər cür şəraiti yaratdıqlarına görə möhtərəm cənab prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürmüzü bildirib, minnətdarlığımızı ifadə etdik.


Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş