Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xanın adının da daxil olduğu 7 iş üzrə növbəti iclasınə keçirib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, məhkəmə keçmiş baş nazirin iyunun 19-na qədər zaminə buraxılması barədə qərar qəbul edib.
2022-ci ilin aprelində hakimiyyətdən getmiş İmran Xana qarşı 90-dan çox iddia var. Sabiq nazir korrupsiya və vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.
Anar TAĞIYEV