Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram şənlikləri keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirlərdə bağça müdirləri uşaqların tədris şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıblar. Bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində ölkəmizdə uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradılıb, məktəbəqədər təhsil müəssisələri yenidən qurulub, müasir uşaq bağçaları inşa edilib.
Bayram şənliklərində balaca fidanlar vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Maraqlı kompozisiyalar, rəqs və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
R.Mehdiyeva