Türkiyənin "Qalatasaray" futbol klubu yeni transfer üzərində çalışır.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu məqsədlə klub rəhbərliyi üzünü Cənubi Amerikaya tutub.
Sarı-qırmızılıların əsas diqqətinin Paraqvay Liqası komandalarından olan "Libertad"a yönəldiyi bildirilir. Türkiyə klubunun sözügedən komandada oynayan Dieqo Qomezlə maraqlandığı barədə məlumat yayılıb.
Qeyd edək ki, paraqvaylı futbolçu ilə Premyer Liqa komandaları olan "Brayton" və Braziliyanın köklü komandaları "Atletiko Mineyro" və "Palmeyras" da maraqlanır.
Oruc Niyazov