Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək -ÖZƏL

Qazaxıstanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək


Bu gün Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək. Bu barədə Newscenter.az-a məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, toplantı Qazaxıstanın Türküstan şəhərində baş tutacaq.

Vüqar Oruc onu da deyib ki, 7 türk dövlətinin qiymətləndirici assosiasiyalarını birləşdirəcək Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı zamanı birgə bəyanat imzalanacaq və Bakı Zirvəsində müzakirə edilən Nizamnanə qəbul ediləcək. Toplantıda həmçinin qurumun rəhbərliyi seçiləcək.

"Artıq ikinci gündür ki, AQC İdarə Heyətinin üzvü Elnur Əsədov ilə bu tədbirdə iştirak etmək üçün Almatı şəhərindəyik. Üçüncü nümayəndəmiz Mikayil Mirzəzadə Özbəkistandan bu tədbirə qoşulacaq. Bu günlərdə göstərdiyi qonaqpərvərliyə görə Qazaxıstan Qiymətləndiricilər Palatasının sədri Askar Omarbekova və onun komandasına minnətdarlığımı bildirir, bütün iştirakçılara Türk Dünyası və peşəkar qiymətləndirmə fəaliyyətinin koordinə edilməsi istiqamətində çalışmalarda uğurlar diləyirəm".

Anar Əliyev
Xəbəri paylaş