Sudanda daxili qarşıdurma nəticəsində evlərindən didərgin düşənlərin sayı 1,6 milyonu keçib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMiqT) bu barədə məlumat yayıb. Təşkilatın açıqladığı hesabata görə, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində son 6 həftədə 1,2 milyon insan münaqişələr və təhlükəsizliksizlik səbəbindən ölkə daxilində didərgin düşüb, 425 min nəfər isə qonşu ölkələrə sığınıb.
Ən çox qaçqın sayı 69 faizlə Xartum şəhərinin payına düşür. Sudanlıların daha çox Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan və Efiopiyaya üz tutduğu bildirilir.
Anar TAĞIYEV