Türkiyə Böyük Millət Məclisinin 28-ci dönəm seçkilərinin nəticələrinə əsasən, parlamentdəki 600 deputat yerindən 121-i qadın millət vəkillərindən iubarət olacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dəfə parlamentdə seçilən gənc deputatların sayı azlıq təşkil edib. Belə ki, yaşı 30-a qədər olan gənc deputatların sayı cəmi 5 nəfər təşkil edib.
Parlamentin 600 üzvündən 335-i ilk dəfə qanunverici orqana seçilib. 219 deputat yenidən deputat seçilib.
Anar TAĞIYEV