Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərinin üçüncü iclası keçirilib

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərinin üçüncü iclası keçirilib


Bakı Enerji Həftəsi çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin üçüncü iclası keçirilib.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanın energetika naziri Daniel Virgil Popesku, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztarayın iştirakı ilə keçirilən görüşə onlayn formatda Bolqarıstanın energetika naziri Rosen Hristov da qatılıb. Tədbirdə Avropa İttifaqı Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə təmsil olunub.

İclasda Yaşıl Enerji Dəhlizinə Bolqarıstanın qoşulması, layihənin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıqların tezliklə yekunlaşdırılması razılaşdırılıb. Həmçinin məsləhətçi şirkətin seçilməsi və iştirakçı ölkələr arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunun layihəsi üzrə müzakirələr aparılıb.
Növbəti görüşün 2023-cü ilin iyul ayında keçirilməsi barədə razılıq əldə edilib.

Natiq Orucov
Xəbəri paylaş