Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobil qəzalarına səbəb olan mobil telefonlar gündə neçə-neçə insanın həyatına son qoyur -ÖZƏL

Avtomobil qəzalarına səbəb olan mobil telefonlar gündə neçə-neçə insanın həyatına son qoyur


Yol qəzalarının statistikası və baş vermə səbəbləri barədə araşdırmalardan belə məlum olur ki, qəzaların əksəriyyəti diqqətsizlikdən meydana gəlir. Bu diqqətsizliyə səbəb olan amillərdən başlıcası isə sürücünün sükan arxasında mobil telefondan istifadə etməsidir. Dəfələrlə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi bununla bağlı sürücülərə müraciət etsə, hərəkətdə olan avtomobildə mobil telefondan istifadə zamanı cərimələr tətbiq edilsə də, lakin hələ də belə neqativ hallar qalmaqdadır

Newscenter.az-ın
xəbərinə görə, Milli Məclisin deputatı Jalə Əhmədova da deyir ki, günümüzdə avtomobil qəzalarına səbəb olan mobil telefonlar gündə neçə-neçə insanın həyatına son qoyur. Onun sözlərinə görə, evdən çıxan valideyn bilməlidir ki, onu evdə övladları gözləyir və avtomobilini bütün qaydalara əməl etməklə sürməlidir:

"Uşaqların öz oturacaqlarında deyil, ön oturacaqda və ya 2 ön oturacaq arasında əyləşməsinin nə ilə nəticələndiyini demək isə çox çətindir".

Ruhiyyə
Xəbəri paylaş