"Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu hər ötən gün daha da artır və Azərbaycan qoca qitə üçün cəlbedici ölkə rolunu oynayır. Bu günlərdə baş tutan Bakı enerji həftəsi və Xəzər Neft-Qaz sərgisi çərçivəsində bir daha bunun şahidi olduq". Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.
Newscenter-az-a Mərkəzdən daxil olan açıqlamada bildirilib ki, hər il həm Xəzər Neft-Qaz Sərgisi, həm də sərgi çərçivəsində keçirilən konfrans və Bakı Enerji Həftəsinə qatılan xarici tərəfdaşların sayının artması da öz növbəsində bu marağı təsdiqləyir:
"Xəzər Neft-Qaz Sərgi və konfransı ilə bağlı Birləşmiş Ştatların prezidenti Co Baydenin, Böyük Britaniyanın baş nazirinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlamış olduğu məktublar, həmin məktublarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun xüsusi qeyd edilməsi də onu deməyə əsas verir ki, ölkəmiz təkcə Avropa üçün deyil, o cümlədən dünya üçün əhəmiyyətlidir, cəlbedicidir".
Mərkəzdən o da bildirilib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan dünya, Avropa üçün əhəmiyyəti daha da artıb.
Anar TAGİYEV