Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir gün havaya sovrulan milyonların hesabı hamınızdan soruşulacaq

Bir gün havaya sovrulan milyonların hesabı hamınızdan soruşulacaq


"Vaxtilə şahmatda tarix yazan Azərbaycan şahmatı hazırda tənəzzül dövrünü yaşayır. Şəhriyar böyük ustaddır, amma yaş özünü göstərir. Amma onun davamçısı yoxdur. Ən pisi isə odur ki, dövlətin böyük vəsaitlər ayırmasına baxmayaraq Azərbaycanı ilk pillədə təmsiil edəcək yeni şahmat ulduzları da yetişdirə bilmirik. Uşaq və gənc şahmatçıların iştirak etməli olduqları yarışlara ayrılan vəsaitlərin yoxlanılması vacibdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində əvvəl Fransa, sonra isə Hindistandan olan rəqibinə uduzmasına münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, Ermənistan şahmatçısına uduza bilsəydik, Azərbaycan Şahmat Federasiyası "rahat" olardı:

"Azərbaycan Şahmat Federasiyası isə bu problemlər barədə ağzına su alıb susur. Bir gün havaya sovrulan milyonların hesabı hamınızdan soruşulacaq. Şübhəm yoxdur ki, DTX-nı qarşılamaq Azərbaycan Şahmat Federasiyasının və digər cavabdeh qurumların da qisməti olacaq".



Anar Əliyev
Xəbəri paylaş