Türkiyənin "Kayserispor" futbol klubunun aktivində olan xallardan 3 xal silinib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bununla da komanda Türkiyə futbol liqasında 9-cu pilləyə düşüb.
Qeyd edək ki, superliqa komandalarından olan “Kayserispor”un 3 xalının silinməsi qərarını Klub Lisenziya Şurası çıxarıb. Komanda Arbitraj Şurasına etiraz etsə də, qarşı tərəf kayserililərin komandasını sevindirə bilməyib və Klub Lisenziya Şurasının qərarı qüvvədə qalıb.
Oruc Niyazov