Avtomobil idarə edərkən mobil telefondan istifadəyə görə, cərimələr tətbiq olunsa da, lakin hələ də bundan nəticə çıxarmayan, hərəkətdə olarkən mobil telefondan istifadə edən sürücülər kifayət qədərdir. Xüsusilə, taksi sürücülərinin mobil telefondsn daha çox istifadə etdiyi bildirilir.
Milli Məclisin deputatı Jalə Əhmədova isə hesab edir ki, bu kimi neqativ hallara qarşı daha təsirli addımların atılmasına ehtityac var. Newscenter.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, mobil telefonlara görə cərimələrin artırılmasını zəruridir:
"Mobil telefonlara görə cərimələrin artırılmasını təklif edirəm. Bununla yanaşı son zamanlar taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin xoşagəlməz hərəkətləri barədə ölçü götürülməsi üçün daha tez-tez reydlər keçirilməsini Daxili İşlər Nazirliyinin əməkdaşlarından xahiş edirəm".
Ruhiyyə