Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qalatasaray" təzminat ödəyəcək -ÖZƏL

"Qalatasaray" təzminat ödəyəcək


Türkiyənin futbol klubu, superliqa çempionu "Qalatasaray" böyük miqdarda təzminat ödəməli olacaq.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, buna səbəb komandanın Ömar Elabdellaoui ilə müqaviləni birtərəfli qaydada pozmasıdır.

"Qalatasaray"ın mövsümün əvvəlində sağ cinah müdafiəçisi Omar Elabdellaoui ilə müqaviləni birtərəfli qaydada pozmasına cavab olaraq təcrübəli futbolçu FİFA-ya şikayət edib.

Federasiya isə öz növbəsində apardığı araşdırmalardan sonra "Qalatasaray"ı haqsız çıxarıb. Qərara görə, sarı-qırmızılılar Ömər Elabdellaouiyə 2 milyon 820 min 923 avro təzminat ödəyəcək. Komanda 45 gün ərzində təzminatı ödəməsə, transfer qadağası ilə üzləşə bilər.

Oruc Niyazov
Xəbəri paylaş