Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Alazan çayının Mingəçevir Su Anbarına qovuşan hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Newscenter.az nazirliyə istinadən bildirir ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Zaqatala rayon sakini Vüqar Həsənov, Yevlax rayon sakinləri İlqar Məmmədov və Yusif Əzizov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Alazan çayının Mingəçevir Su Anbarına qovuşan hissəsindən 390 metr uzunluğunda 6 ədəd sintetik tor yığışdırılıb.

Sevinc Mehdiyeva
Xəbəri paylaş