Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, cənub-şərq küləyi əsir. Havanın temperaturu aran rayonlarında 23-27° isti, dağlıq rayonlarda 17-19° isti qeydə alınıb.
Respublikanın bəzi çaylarında sululuq artıb. Bərgüşadçayda 28 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində 10 sm, Kür-Zərdabda 8 sm, Kür-Surrada 3 sm, Gəncəçay-Alaxançallıda 3 sm, Qabırrı-Kəsəmən, Əyriçay-Ağyazı, Katexçay-Qəbizdərə və Bəsitçay-Rəzdərədə 1 sm artım olub.
Sevinc Mehdiyeva