Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taksilərlə bağlı ciddi tədbirlərə ehtiyac var, ancaq bir şərtlə -ÖZƏL

Taksilərlə bağlı ciddi tədbirlərə ehtiyac var, ancaq bir şərtlə


“Paytaxtdakı taksilərlə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac var, ancaq bir şərtlə ki, həmin tədbirlər taksi fəaliyyətinin monopoliyaya alınmasına xidmət etməsin”. Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.

Newscenter.az-a Mərkəzdən daxil olan açıqlamada bildirilib ki, həyata keçiriləcək tədbirlər taksi fəaliyyətinin
əngəllənməsi, onun bir əldə cəmlənməsinə yox, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasına xidmət etməlidir:

“Apardığımız araşdırmalardan məlum olub ki, ölkədə yeganə sahə taksi fəaliyyətidir ki, burada monopoliya yoxdur, azad rəqabət mühiti var. Məhz azad rəqabət mühitinin olmasıdır ki, təkcə elə paytaxtda onlarla taksi şirkəti mövcuddur və onlar sərnişinə fərqli qiymətlər təklif edirlər. Ona görə də taksi fəaliyyətinə qarşı tədbirlər həyata keçirilərkən mütləq bu amil, azad rəqabət mühiti nəzərə alınmalıdır”

Arzu Abdulova
Xəbəri paylaş