Türkiyədə ağır yol qəza hadisəsi baş verib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, qəza Adananın mərkəzi Yüreğir rayonunda olub.
Belə ki, bələdiyyə avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində baş verən faciəvi qəzada 2 nəfər həyatını itirib, 10 nəfər xəsarət alıb.
Hadisə baş verdikdən qısa müddət sonra çoxlu sayda jandarma, xilasetmə və həkim qrupları qəza yerinə sövq edilib. Avtobusda olan 10 sərnişin şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Hadisə yerində həyatını itirən iki nəfərin cəsədi prokuror və jandarma tərəfindən müayinə olunduqdan sonra yarılma üçün Adana Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Mehman Mehdiyev