Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski: NATO-dan ümidini kəsdi -ÖZƏL

Zelenski: NATO-dan ümidini kəsdi


Ukrayna prezidenti Volodimir Zelenski NATO-dan ümidlərini kəsdiklərini dolayısıyla etiraf edib. O bildirib ki, Rusiyanın başlatdığı müharibənin davam etdiyi müddətdə Ukraynanın NATO üzvü olmayacağını anlayırlar.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Zelenski Kiyevdə Estoniya prezidenti Alar Karis ilə görüş zamanı belə deyib.

Zelenski “Biz heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik. Ona görə də başa düşürük ki, bu müharibə davam etdiyi müddətdə NATO-ya üzv olmayacağıq. İstəmədiyimizə görə yox, mümkünsüz olduğuna görə”. deyə bildirib.

Zelenski Ukraynanın NATO üzvlüyünə alternativ axtarmadığını, eyni zamanda onun ölkəsinin Rusiyaya qarşı müharibə bitənə qədər təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu vurğulayıb.


Anar Əliyev
Xəbəri paylaş