Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici güclərin təzyiqləri fonunda Nikolun işi heç də asan deyil

Xarici güclərin təzyiqləri fonunda Nikolun işi heç də asan deyil


Ermənistan müxalifəti ölkənin baş naziri Nikol Paşinyanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdiyi üçün tənqid hədəfinə çevirib. Erməni mediası Paşinyanın qəsdən ölkə rəhbərimiz, cənab İlham Əliyevdən arxada əyləşdirilməsini iddia edərək bu məqamı özləri üçün təhqir kimi qiymətləndiriblər.

Ancaq geosiyasi reallıqlar və bundan sonra regionun şəkillənməkdə olan siyasi arxitekturasın nəzərə aldıqda bu addım Ermənistan üçün bir jest idi. Və Nikol Paşinyanda yaxşı bilir ki, ölkəsini mövcud siyasi situasiyadan, bir sıra güclərin təsirindən qurtarmaqın yeganə yolu Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməkdən keçir. Lakin erməni cəmiyyətinin və xarici güclərin təzyiqləri fonunda Nikolun işi heçdə asan deyil.

Rusiya vassallığından qurtulmaq üçün qərbə üz tutan Paşinyan umduğu yerlərdən lazımı dəstəyi ala bilmədi və indi çıxış yolu kimi ən güclü və ən etibarlı variant olan Türkiyəyə doğru konturlarını istiqamətləndirəcək. Təbii ki bu münasibətlər çərçivəsində rəsmi Bakının mövqeyi həlledici olacaq.

Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
Xəbəri paylaş