Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bir əsrlik tarix"-uğur və qələbə yolu adlı tədbir keçirilib

"Bir əsrlik tarix"-uğur və qələbə yolu adlı tədbir keçirilib


Ümummilli Lider Heydər Əliyevin və A.Muradov adına 84 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunmuş “Bir əsrlik tarix” adlı tədbir keçirilib.

Newscenter-az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Əziz Əzizov, millət vəkilləri Etibar Əliyev, Sevinc Fətəliyeva, Şahin İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, xalq rəssamı Qəyyur Yunus, Əməkdar incəsənət xadimi Ağalar Bayramov, Suraxanı RİH-in nümayəndələri, şəhid Aslan Muradovun ailə üzvləri, qazilər, məktəb direktorları, müəllimlər, şagirdlər, məzunlar, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Suraxanı rayon Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Röya İslamova qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı olan, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov məktəb kollektivini 100 illik yubiley münasibəti ilə təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb. H.Əsgərov paytaxtın təhsil həyatında özünəməxsus ənənələri ilə fərqlənən məktəbin tədris nailiyyətlərinin yaxşılaşacağına, məzunların ali məktəblərə qəbul göstəricilərinin yüksələcəyinə inandığını söyləyib.

Təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu deyən İdarənin müdir müavini Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini və Prezident İlham Əliyev tərəfindən təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov tədris ocağının kollektivini yubiley münasibəti ilə təbrik edib, gələcək illərdə onların fəaliyyətinin daha parlaq olacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edənlər son illərdə paytaxtın ümumi təhsil müəssisələrində tətbiq olunan yeniliklərdən, təhsil sahəsində aparılan islahatlardan və perspektiv məsələlərdən danışıblar.

Tədbirdə təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlardan bəhs edən səhnəciklər və videoçarx nümayiş olunub.

Yubiley tədbirində şagirdlər vətənpərvərlikdən, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Sonda məktəbin bir qrup müəllim və şagirdləri Fəxri fərmanla təltif edilib.

R.Mehdiyeva
Xəbəri paylaş