"Ermənistanın şərti sərhəd boyunca hərbi texnika və canlı qüvvə cəmləşdirməsi bu ölkənin sülh imitasiyası altında müharibəyə hazırlaşdığından xəbər verir. İrəvanın yeni aqressiv davranışları növbəti müharibənin qaçılmaz olacağını təsdiqləyir".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, yeni bir müharibənin başlaması isə Ermənistanın sonu ola bilər:
"Ermənistan ümid edir ki, Azərbaycana qarşı yeni müharibə Bakını da əks-hücuma təhrik edəcək və Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazilərinə daxil olacaq. Bu da İrəvana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin Ermənistana köməyə gəlməsinə şərait yaradacaq:
"Ermənistanın bu məkirli planı heç də onun üçün uğurlu alınmayacaq. Çünki hazırda KTMT-də əsas söz sahibi olan Rusiyanın özünün müdafiəyə, qorunmasına ehtiyac var. Digər üzv dövlətlərin isə Azərbaycanla dərin əməkdaşlığı mövcuddur. Ona görə də KTMT-nin üzvü olan heç bir ölkə Ermənistan amilindən dolayı Azərbaycanla münasibətləri gərginləşdirməz".
Analitik Qrup hesab edir ki, Ermənistanın yeni bir müharibəyə başlamaq istəyi bu ölkənin tamamilə məhvi ilə nəticələ bilər.
Anar Tağıyev