Azərbaycan dəmir yollarında cari ilin ilk 5 ayında sərnişin daşıma üzrə 57% artım müşahidə olunub.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, ilin əvvəlindən bu günə kimi ölkə daxilində qatarlarla 2,7 milyon sərnişin səfər edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 979 min 280 nəfər çoxdur. Belə ki, 2022-ci ilin 5 ayında ölkə daxilində qatarlarla 1 721 302 sərnişin səfər edib.
Səyahət edənlərin 2,6 milyonu (53 faiz) şəhərətrafı nəqliyyata, 114 min nəfəri isə (31,7 faiz) isə ölkədaxili nəqliyyata üstünlük verib.
R.Mehdiyeva