Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MAQATE-dən Zaporojye XƏBƏRDARLIĞI -ÖZƏL

MAQATE-dən Zaporojye XƏBƏRDARLIĞI


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı xəbərdarlıq edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Agentliyin prezidenti Rafael Mariano Qrossi həm Rusiya, həm də Ukrayna tərəfini ehtiyatlı olmağa, Atom Elektrik Stansiyası yaxınlığında iri və dağıdıcı silahlardan istifadə etməməyə çağırıb.

Agentlik rəhbəri Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasının mühafizəsi ilə bağlı 5 bənddən ibarət təhlükəsizlik prinsiplərini hər iki tərəflə bölüşdüyünü deyib. Qrossi ola biləcək nüvə qəzasının bəşəriyyət üçün ciddi fəsadlara yol açacağını vurğulayıb.

Qrossi AES-in hərbi əməliyyatların hədəfi olmamasının, xüsusilə də reaktorlara, işçi heyətinə və yanacaq çənlərinə hücum edilməməsini zəruri sayıb.

"Son aylarda artan hərbi əməliyyatlar səbəbindən Zaporojya AES-də risk daha çox artıb. Münaqişə başlayandan bəri stansiyanın xarici enerji təchizatı yeddi dəfə kəsilib", deyə MAQATE rəhbəri vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş