Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan sürətli inkişaf dövrünə qədəm qoyacaq -ÖZƏL

Naxçıvan sürətli inkişaf dövrünə qədəm qoyacaq


“Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq etməsi həmin inkişafı şərtləndirəcək. Bir sözlə Naxçıvan yeni, sürətli inkişaf dövrünə qədəm qoyacaq”.

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, yeni Dövlət Proqramının icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edəcək, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsində mühüm rol oynayacaq:

“Dövlət Proqramı çərçivəsində Muxtar Respublikada bir sıra infrastruktur layihələri həyata keçiriləcək ki, bu da Naxçıvanda işsizliyin azalması, məşğulluq səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək. Məşğulluq səviyyəsinin artması öz növbəsində əhalinin sosial rifah halının yüksəldilməsinə də təsirsiz ötüşməyəcək”.

Natiq Orucov
Xəbəri paylaş