Rusiyanın neft və qaz ixracında kəskin şəkildə azalma müşahidə edilir.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiyanın Maliyyə Nazirliyi bu barədə məlumat açıqlayıb. Məlumatda bildirilib ki, may ayında Rusiyanln neft və təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalaraq 570,7 milyard rubla (təxminən 7 milyard dollar) düşüb.
İyun ayında isə bu göstəricinin kəskin şəkildə azalacağı vurğulanır. Hesablamalara görə, cari ay ərzində Rusiyanın neft və təbii qaz ixracından gəlirləri may ayının göstəricisindən 44 milyard rubl az olacaq.
Natiq Orucov