Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saç tökülməsinin səbəbi nədir? -ÖZƏL

Saç tökülməsinin səbəbi nədir?


Günümüzdə bir çoxları saç tökülməsindən şikayətlənir. Saçların tökülməsinə səbəb kimi isə müxtəlif amillər göstərilir. Bəs, həm qadınlar, həm də kişilərdə müşahidə edilən saç tökülməsinin əsl səbəbi nədir?

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, tibb mütəxəssislərinin apardığı araşdırma nəticəsində saç tökülməsinə səbəb olan əsl amillər müəyyənləşdirilib. Bu sırada ilk yeri kosmetik vasitələr tutur. Belə ki, yanlış şampun və ya digər məhlul seçmək, saça keyfiyyətsiz kosmetik məhsul çəkmək və ya davamlı olaraq kimyəvi məhsullarla təmasda olmaq kimi səbəblər saç tökülməsinə gətirib çıxarır.

İkinci yerdə genetik faktorlar gəlir. Genetik faktorlar saç tökülməsində çox təsirlidir. Atanızın və ya onun atasının saç tökülməsi problemi varsa, sizdə də bu problem ola bilər. Bu tendensiya 3 nəsilə keçə bilən prosesdir.

Hamiləlik və hormonal problemlər səbəbiylə də saç tökülməsi inkişaf edə bilər. Hamiləlik dövründə saç tökülməsi baş verə bilər. Çünki qadınlarda doğuşdan 3 ay əvvəl hormon balansı pozulur. Bu müvəqqəti məsələdir. Doğuşdan sonra saç tökülməsi qalıcı olmur.

Stress və depressiya da saç tökülməsini səbəb olan amillərdəndir. Stress səbəbiylə saç tökülməsi fiziki deyil, psixoloji olur.

Qidalanma və vitamin çatışmazlığından da saç tökülməsi baş verə bilər.

Arzu Abdulova[b][/b]
Xəbəri paylaş