İstanbulda ağır yol qəza hadisəsi baş verib. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Türk Hava Yollarının (THY) personalını daşıyan avtobusun qəzaya uğraması nəticəsində avtobusun sürücüsü daxil olmaqla hava yolu şirkətinin 20-dən artıq əməkdaşı xəsarət alıb. Yaralılar əraziyə cəlb edilmiş təcili tibbi yardım maşınları yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Hadisə İstanbulun Çatalca bölgəsindəki Şimali Mərmərə şossesinin Yassıören məntəqəsində baş verib. Belə ki, Türk Hava Yollarına məxsus personalı daşıyan avtobus yük maşını ilə toqquşub.
İddiaya görə, THY personalını daşıyan 34 LAV 598 nömrəli servis avtobusu sağ zolaqdan sol zolağa ani manevr etmək istəyən yük maşınına arxadan çırpılıb.
Natiq Orucov