Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş verən təxribatların arxasında Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışan qüvvələr dayanır -ÖZƏL

Baş verən təxribatların arxasında Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışan qüvvələr dayanır


“Qarabağ kartı hər zaman Ermənistanda hakimiyyət uğrunda mübarizə aparanların əlində bir vasitə olub. Təəssüflər olsun ki, bu gün də eyni tendensiya hökm sürür. Son vaxtlar şərti sərhəd boyunca baş verən təxribatlar və mövqelərimizin müntəzəm olaraq atəşə tutulması da məhz bu faktordan irəli gəlir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri hesab edir ki, baş verən təxribatların arxasında Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışan qüvvələr dayanır:

“Hesab etmirəm ki, Nikol Paşinyan şərti sərhəd boyunca baş verən təxribatlarda maraqlı olsun. Əksinə Paşinyan indiki situasiyada Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaqda maraqlıdır. Çünki Paşinyan da yaxşı bilir ki, ölkəsinin inkişafı yalnız və yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, qonşuluq mühitində yaşamaqdan keçir”.

Arzuman Muradlı onu da vurğulayıb ki, Azərbaycanla gərginlik yaratmaq istəyən revaşist qüvvələr isə Rusiyanın sifarişi ilə hərəkət edir və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar.

Mehman Mehdiyev
Xəbəri paylaş