
Paytaxtın Səbail rayonunun Bibiheybət, Şıx, Salyan yolu və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Su Ehtiyatları Agentliyi yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində yenidənqurma işlərinin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Sona