Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Fənərbaxça" üçün 3 namizəd -ÖZƏL

"Fənərbaxça" üçün 3 namizəd


“Fənərbaxça” çempionluq adını qazana bilmədikdən sonra klub rəhbərliyi baş məşqçi Jorge Jesusla yollarını ayırmağı qətiləşdirib.

Newscenter.az
haber7.com-a istinadən bildirir ki, portuqaliyalı məşqçinin yerinə 3 namizədin adı keçir. Məlumata görə, bunlardan biri Kiyev "Dinamo"sunun məşqçisi Mirça Luçeskudur. Komanda həmçinin, "Adana Dəmirspor"da çox yaxşı mövsüm keçirən Vinçenzo Montella ilə də maraqlanır. Eyni zamanda ötən mövsüm "Trabzonspor"u çempion edən Abdullah Avcının da adı "Fənərbaxça"ya məşqçi gətiriləcək şəxslərin sırasında yer alır.

Klub rəhbərliyinin daha çox Luçeskunun üzərində dayandığı bildirilir. Ancaq 77 yaşlı məşqçinin Kiyev “Dinamo”su ilə 2024-cü ilə qədər müqaviləsi var.

Oruc Niyazov
Xəbəri paylaş