Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər il milyonlarıa insan siqaretin qurbanı olur -ÖZƏL

Hər il milyonlarıa insan siqaretin qurbanı olur


Tütün məmulatlarının istifadəsi nəticəsində yaranan xəstəliklər səbəbindən dünyada hər il milyonlarla insan həlak olur.

Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bu barədə qeyd edilir. Hesabatın Türkiyə ilə bağlı bölümündə qeyd edilir ki, bu ölkədə kişilərdə ölüm hallarının 31, qadınlarda isə 12 faizi məhz tütünlə əlaqəli xəstəliklərdən qaynaqlanır.

Hər il təxminən 83 min insanın tütün istifadəsi səbəbiylə öldüyü Türkiyədə 252 min uşaq məruz qaldıqları tüstü səbəbiylə həyatını itirir.

Dünyada isə tütün istifadəsi ilə bağlı səbəblərdən həyatını itirənlər daha çox ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Afrika ölkəsi Qana tütündən istifadə nəticəsində ən çox ölən ölkələr sırasındadır. Qananın səhiyyə naziri Kvaku Agyeman-Manu bildirib ki, onun ölkəsində hər il 6700 nəfər tütün məmulatları ilə bağlı xəstəliklərdən ölür.

Arzu Abdulova
Xəbəri paylaş