Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Molla rejiminin davranışlarında müsbət çalarları görmürük

Molla rejiminin davranışlarında müsbət çalarları görmürük


Xəbər verdiyimiz kimi xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər in daxil olduğunu bildirib. Bu gün hər kəsi maraqlandıran sual İranda Azərbaycanın diplomatik missiyası yenidən bərpa oluna bilərmi?

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, diplomatik münasibətlərin bərpası ilə İrandan müraciətlərin daxil olması kifayət deyil:

"İran əvvəlcə Azərbaycan dövlətinə, xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir. Əfsuslar olsun ki, Molla rejiminin davranışlarında müsbət çalarları görmürük. Riyakarlığa ehtiyac yoxdur. Ortada konkret cinayət faktları var. Səfirliyimizə silahlı hücum olub, vətəndaşımız həlak olub, yaralanan var. Digər ağır cinayətlərin, ölkəmizdə dövlət çevrilişi təşkil etmək üçün terror qrupları yaradılması, deputat Fazil Mustafanın güllələnməsinin hər birinin izi İrana gedir".

Deputat vurğulayıb ki, diplomatik münasibətlərin bərpası, İrandan asılıdır:

"Cinayətkarlar və onlara himayədarlıq edənlər cəzalandırılmalı və Azərbaycan xalqına hesabat verilməli, gələcəkdə ölkəmizə qarşı səmimi, dürüst siyasət aparacaqları ilə bağlı hökuməti inandırmalı, öz çirkin maraqlarını təmin etmək üçün Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Yalnız bu halda, əməkdaşlıq mümkündür".(sonxeber.az)
Xəbəri paylaş