"Rusiyanın Ukraynanın strateji obyektləri, su və istilik elektrik stansiyalarına raket zərbələri endirməsi, minlərlə insanın həyatını təhlükə altında qoyması Kremlin açıq-aşkar terror və kütləvi soyqırıma cəhdidir".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter-az-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, Rusiya Ukraynanın mümkün əks-hücumunun qarşısını almaq üçün strateji obyektləri hədəf seçir:
"Rusiya bu kimi cinayətlərə imza atmaqla bir növ öz günahının sayını artırır. Demək olar ki, bu ölkə açıq-aşkar tarana gedir".
Analitik Qrupdan bildirilib ki, Rusiyanın hansı addımı atması və hansı strateji obyektlərə raket zərbələri endirməsindən asılı olmayaraq bu ölkə Ukrayna qarşısında məğlubiyyətin astanasındadır.
Anar TAGIYEV