Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın tarixdə partladılan su bəndləri -ÖZƏL

Yaxın tarixdə partladılan su bəndləri


Ukraynada Kaxovka Su Elektrik Stansiyasını (SES) raket zərbəsi ilə dağıdaraq ekoloji fəlakət yaratması minlərlə ukraynalının ərazidən təxliyə edilməsinə yol açıb. Bu kimi hücumlar, SES və İES-lərin partladılması hallarının acizlik olduğunu deyən siyasi analitiklər yaxın tariximizdə buna oxşar hadisələrin baş verdiyinə diqqət çəkiblər.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu kimi qeyri-insani davranışlar İkinci Dünya Müharibəsində də baş verib. Hələ 1941-ci ildə ruslar Zaporojyada Dneprostroy elektrik stansiyasını qidalandıran Dnepr bəndini partladıblar. O zaan sovetlərin məqsədi bəndin və sənaye mərkəzinin nasist qüvvələrinin əlinə keçməsinin qarşısını almaq idi.

Həmçinin, İkinci Dünya Müharibəsi zamanı İngilis ordusu 1943-cü ildə Almaniyanın sənaye mərkəzlərini su ilə təmin edən Möhne, Eder, Sorpe və Lister bəndlərini hədəfə alıb. Nəticədə Möhnedə 1294, Ederdə isə 47 nəfər daşqın nəticəsində həlak olub.

Xorvatiya müharibəsi zamanı, 1993-cü ildə, Serb qüvvələrinin Cinete çayı üzərindəki Peruka bəndinə yerləşdirdiyi iddia edilən bombalar partladılıb.

Natiq Orucov
Xəbəri paylaş