Birləşmiş Ştatlar beynəlxalq narkotik alverçisi, bir çox cinayətlərin iştirakçısı və təşəbbüskarı olan İsveç vətəndaşı Maksimilian Rivkinin tutulmasına yardım edəcək şəxslər üçün pul mükafatı müəyyən edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller bu barədə yazılı açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Maksimilian Rivkinin həbs edilməsinə yardımçıp olacaq şəxsə 5 milyon dollar mükafat veriləcək.
Rivkin haqqında məlumat paylaşmaq istəyən hər kəsdən Federal Təhqiqat Bürosu (FTB) ilə əlaqə saxlaması və ya İsveç Polis Agentliyinə e-poçt göndərməsi xahiş olunub.
Mehman Mehdiyev