Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İrana ali təhsil üçün tələbə göndərməməlidir -ÖZƏL

Azərbaycan İrana ali təhsil üçün tələbə göndərməməlidir


"Azərbaycandan gənclərin İran adlanan ölkəyə ali təhsil almaq üçün getməsinin qarşısı alınmalıdır. Ölkəmiz İrana ali təhsil üçün bir kimsəni göndərməməlidir".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, İrana ali təhsil adı altında gedən gənclərimiz qısa müddət sonra potensial terrorçuya, yaxud İranın casus şəbəkəsinin bir üzvünə çevrilir:

"Fars-molla rejimi asanlıqla gənclərimizi zombiləşdirə, öz zərərli ideologiyalarını onların beyninə yeridə bilir. Nəticədə təhsilini başa vuran gənc İran xüsusi xidmət orqanlarının təsiri altında Azərbaycana qarşı fəaliyyətlərə cəlb edilir".
Arzuman Muradlı deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının son aylarda həyata keçirdiyi əməliyyatlar nəticəsində aşkarlanan və həbs edilən İranın casus şəbəkəsinin təmsilçilərinin böyük əksəriyyətinin bu ölkədə təhsil aldığını üzə çıxaran faktlar da deyilənləri təsdiq edir:

"Birmənalı şəkildə gənclərimizin İrana ali təhsil üçün göndərilməsi dayandırılmalıdır".

Anar Əliyev
Xəbəri paylaş