Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan turizmi yaxın beş ildə sürətlə inkişaf edəcək -ÖZƏL

Azərbaycan turizmi yaxın beş ildə sürətlə inkişaf edəcək


"Azərbaycan turizmi yaxın beş ildə sürətlə inkişaf edəcək. Bunu şərtləndirən başlıca amil işğaldan azad edilən şəhər və rayonlarda həyata keçirilən infrastruktur layihələri, turizmin inkişaf etdirilməsi məqsədilə atılan addımlardır".
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.

Newscenter-az-a Mərkəzdən daxil olan açıqlamada bildirilib ki, Şuşada qısa müddət ərzində tikilib istifadəyə verilən otel və mehmanxana kompleksləri, Laçında Həkəri çayı sahilində karavan turizmi üçün yaradılan şərait, eləcə də sovetlərin zamanında adı bütün ittifaq respublikalarına yayılan Kəlbəcərdəki "İstisu" sanatoriyasının yenidən qurulması azad edilən ərazilərimizin turizm potensialını artıracaq:

"Bu sıraya işğaldan azad edilən ərazilərimizdə, Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarında da tikilməsini əlavə etsək, əminliklə deyə bilərik ki, Qarabağda turizmin inkişaf etdirilməsi, xarici turistlərin buraya cəlb edilməsi, ümumən Azərbaycanın turistlər üçün cəlbedici məkana çevrilməsi üçün dövlət üzərinə düşən bütün vəzifələri icra edir, bu istiqamətdə lazımı şərait yaradır"

Natiq Orucov
Xəbəri paylaş