Dünyanın ən aktiv vulkanlarından biri olan və ABŞ-ın Havay arxipelaqında yerləşən Kilauea vulkanında partlayış baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, vulkanda müşahidə edilən fəallıq ətrafda ciddi təhlükə yaradıb. Yanvar ayında sonuncu dəfə partlayış baş verdikdən sonra ərazidə həyəcan kodu narıncıdan qırmızıya yüksəldilib.
Qeyd edək ki, 2019-cu ildə Kilaueada baş verən böyük partlayışlardan sonra yüzlərlə ev və iş yeri dağılıb.
Mehman Mehdiyev