Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Newscenter.az Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən bildirir ki, Şarl Mişel Rəcəb Tayyib Ərdoğanı yenidən sədr seçilməsi münasibətilə təbrik edib.
Görüşdə regional məsələlər, eləcə də Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi müzakirə edilib. Ərdoğan Türkiyənin quruma üzvlüyünün reallaşması üçün bütün səviyyələrdə təmasların artırılmasının vacibliyini bildirib.
Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması, immiqrasiyanın idarə edilməsi və terrorla mübarizə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayan prezident Ərdoğan Türkiyəyə ədalətli münasibətin və tamhüquqlu üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlər açacağını deyib.
Anar TAGİYEV