Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda itkin də düşə bilərsən, oğurlanıb həbsə də atıla bilərsən

İranda itkin də düşə bilərsən, oğurlanıb həbsə də atıla bilərsən


Almaniyada təhsil alan tələbəmiz Fərid Səfərlinin İranda oğurlanaraq casus damğası ilə həbs edilməsindən çox böyük təəssüf hissi keçirdim. Bir gəncin həyatını məhv etmək üçün bundan da ağır ittiham olmazdı, deyə düşünürəm. İran hökumətinin Azərbaycana qarşı sərgilədiyi düşmənçilik mövqeyi bizim üçün yenilik deyil. Bunun zaman-zaman şahidi olmuşuq. İrandakı səfirliyimizə edilən terror aktı zamanı terroristi görməzlikdən gələn, baş verən hadisəni laqeydliklə müşahidə edən də İran polisi idi. Bu gün İran vətəndaşlarımız üçün ən təhlükəli ölkəyə çevrilib ki, bu barədə də Azərbaycan XİN İrana səfər edən vətəndaşlarımıza xəbərdarlıq edib.

Tamamilə düzgün yanaşmadır. Çünki səfər etdiyin ölkədə səni nə gözləyir bilmirsən. İranda itkin də düşə bilərsən, oğurlanıb həbsə də atıla bilərsən...

Jalə Əhmədova -Milli Məclisin deputatı
Xəbəri paylaş