Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, Agentliyin gecə boyu səhər saatlarına qədər apardığı təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yol boyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
R.Mehdiyeva